Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi

0

  •                1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım aktı törədilmişdir. Bu faciənin üstündən əsrlər keçsə də, xalqımızın qan yaddaşından erməni vəhşilikləri, günahsız soydaşlarımızın başına gətirilən müsibətlər heç bir zaman unudulmayacaqdır.          Xocalı soyqrımının 29-cu ildönümü ilə əlaqədar xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ağacəkmə aksiyası keçirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində 613 ağac əkildi.  Aksiyada rayonumuzun rəhbəri Şahmar Usubov, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak etdilər.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib112 dəfə
    Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi

    Maraqlı gələ bilər
    52
    40
    55